featured-image-81802

Azərbaycan millisinin və “Bursaspor”un müdafiəçisi Toral Bayramov menecerlər tərəfindən “Eyüpspor”a təklif olunub.

Msport.az xəbər verir ki, bu barədə “Eyüpspor” haqqında ən son xəbərləri paylaşan “Semti Mukaddes” səhifəsi paylaşım edib.

İstanbulu təmsil edən “Eyüpspor” hazırda Super Liqada mübarizə aparır. Komandanı 41 yaşlı Özhan Pulat çalışdırır.

Komanda yeni mövsümə iki məğlubiyyətlə başlayıb: Əvvəlcə “Beşiktaş”a 0:1 uduzan “Eyüpspor” daha sonra eyni hesabla evdə “Qaziantep”ə məğlub olub.

Qeyd edək ki, Toralın “Bursaspor”la müqaviləsi 2029-cu ilin iyununa kimidir.

Bənzər xəbərlər