featured-image-81481

Azərbaycan millisinin üzvü Toral Bayramov “Bursaspor”da növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Türkiyə I Liqasında 2-ci turun görüşləri davam edir.

Bursa təmsilçisi doğma divarlar arasında “Iğdır” klubu iilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 16-cı dəqiqədə vaxtilə “Mançester Siti”, “Lester” kimi klublarda oynamış Keleçi İhenaço vurub.

Toral 70-ci dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.

“Bursaspor” yeni mövsümdə keçirdiyi hər iki oyunda qalib gəlib və 6 xalla Manisaspor”la birgə 1-2-ci yerləri bölüşür.

 

Bənzər xəbərlər