featured-image-82116

“Trabzonspor” daha bir ulduz futbolçunu transfer edir.

Msport.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Braziliya millisinin hücumçusu Rişarlisonla razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Rişarlison “Trabzonspor”da “Tottenhem”dən 3 dəfə çox maaş alacaq. Futbolçunun hazırki maaşı ildə 4 milyon avrodur.

London klubu Trabzon təmsilçisinin indiyədək 17 və 23 milyon avroluq iki təklifini rədd edib.

Hücumçunun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bənzər xəbərlər