featured-image-47218

Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.

Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Açılış matçında turnir cədvəlində qonşu olan komandalar – “Sabah” və “Səbail” kollektivləri qarşılaşıblar.

“Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. “Dənizçilər” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXXII tur

27 aprel

18:00. “Sabah” – “Səbail” – 2:0

Qollar: Con İrasabal, 22. Cesse Sekidika, 39
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”

“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh

Baş məşqçi: Krunoslav Renduliç

“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta, 44. Yadin Luqasi

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 55. Nir Bardea, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

Bənzər xəbərlər