Turan Manafov Azərbaycana döndü - Klubundan FİFA-ya şikayət etdi
“Olimpiakos Volos”un futbolçusu Turan Manafov klubun düşərgəsini tərk edib.
Msport.az xəbər verir ki, müdafiəçi Yunanıstan klubuna ona olan borclarını ödəmək üçün vaxt verib. Amma bu vaxt ərzində də məsələ həll olunmadığına görə, 23 yaşlı futbolçu icarə müqaviləsini birtərəfli ləğv edib.
Artıq Azərbaycana dönən Manafov Volos klubundan FİFA-ya şikayət edib. Müdafiəçi mövsümün sonuna qədər müqavilə ilə məxsus olduğu “Səbail”də məşq edəcək. (sportal.az)