"Turan Tovuz" azarkeşləri Polad Həşimovu yad etdilər
Azərbaycan Premyer Liqasının IV turunun açılış matçı olan “Sumqayıt” – “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri Milli Qəhrəman, general Polad Həşimovu yad ediblər. Msport.az xəbər verir ki, Qərb klubunun fanatları Sumqayıtdakı qarşılaşmada ermənilərlə döyüşdə şəhid olan generalın portretini qaldırıblar.
Xatırladaq ki, Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində yerləşən Qaraqaya postunda şəhid olub.