featured-image-49890

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, Qərb təmsilçisi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi son olaraq “Araz Naxçıvan”ın şərəfini qoruyub. O, buna qədər “Sumqayıt”, “Keşlə”, “Zirə” və “Səbail” komandalarında da çıxış edib.

Bayramlı Latviyanın “Dauqavplis” və Yunanıstanın “Pierkos” klublarında legioner həyatı yaşayıb.

Bənzər xəbərlər