featured-image-81748

“Turan Tovuz” bu gün “Şamaxı” ilə Misli Premyer Liqasının 2-ci tur matçındakı (0:0) hakimin bir epizodla bağlı qərarına etiraz edib.

Msport.az xəbər verir ki, klub yaydığı videoaya bu sözləri yazıb:

“Stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə  tamaşaçının gördüyünü baş hakim görmədi.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”

Qeyd edək ki, matçın baş hakimi Rauf Cabarov, VAR hakimi isə Vüqar Həsənli olub.

Bənzər xəbərlər