"Turan Tovuz"dan sensasiyalı qələbə
Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçirilib.
Mdport.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” doğma meydanda Qurban Berdiyevin çalışdırdığı “Turan Tovuz”la qarşılaşıb.
“Azersun Arena”da reallaşan matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 17-ci dəqiqədə penaltidən Otto Con vurub.
Bu qələbə ilə xallarını 10-a çatdıran “Turan Tovuz” liderliyini möhkəmlədiib. 6 xalı olan “Qarabağ” isə 2-ci pillədə qalıb.
Günün son oyununda “Neftçi” “Araz Naxçıvan”ın qonağı olacaq. “Live Bona Dea Arena”da keçiriləcək görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ilk matçda “Səbail” “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.