featured-image-52829

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Msport.Az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə bitib – 3:0.

15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller, 61-ci dəqiqədə Kristian da Silva fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Turan Tovuz” hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.

Günün digər matçında “Sumqayıt” “Səbail”i qəbul edəcək.

Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

Bənzər xəbərlər