featured-image-68544

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Qərb klubu Enrike Silva ilə anlaşıb.

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan 31 yaşlı braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. O, Braziliyanın U-20 milli komandansının üzvü olub.

Qeyd edək ki, futbolçu Tovuz təmsilçiisnə azad agent kimi keçib.  Silva ötən mövsüm 5 oyunda meydana çıxıb (ümumən 354 dəqiqə).

Bənzər xəbərlər