featured-image-54409

Azərbaycan Premyer Liqasında VI tura “Sabah” – “Turan Tovuz” matçı ilə yekun vurulub.

Msport.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş 2:2 hesabı ilə bitib.

“Sabah” klubunun heyətində Cesse Sekidika dubla (7, 46) imza atıb. “Turan Tovuz”dan isə Roderik Miller (35) və Ayxan Hüseynov (75) fərqlənib.

Bununla da cari mövsüm məğlubiyyətsiz irəliləyən “Turan Tovuz” 12 xalla liderliyini davam etdirib.

Qeyd edək ki, turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” “Sumqayıt”ı minimal hesabla (1:0) üstələyib. “Qarabağ” “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb. “Zirə” isə “Neftçi”dən üstün olub – 2:0.

Bənzər xəbərlər