featured-image-36114

Misli Premyer Liqasında IV turun oyunları davam edir.

Msport.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuz şəhər stadionunda reallaşıb. “Turan Tovuz” cari mövsümdə birinci dəfə doğma publika önünə çıxıb. “Səbail”i qəbul edən Ayxan Abbasovun kollektivi meydanı məğlub tərk edib – 1:3.

Daha sonra paytaxt klubları “Zirə” ilə “Sabah” birincilərin meydanında üz-üzə gəliblər. Geridə qalan 3 turda büdrəməyən “Zirə” çempionluğa iddialı rəqibi önündə də uğurlu seriyasını davam etdirib – 1:0.

Qeyd edək ki, turun ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə ediblər – 1:1. “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri avqustun 27-də keçiriləcək.

Premyer Liqa
IV tur
26 avqust
17:00. “Turan Tovuz” – “Səbail” – 1:3
Qollar:
Roderik Miller, 84 – Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62, Ağabala Ramazanov, 90
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruzi Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov

“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 21. Anas Najah

19:30. “Zirə” – “Sabah” – 1:0

Qol: Vladislav Kulaç, 2

Baş hakim: Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 19. Salifu Suma

“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vinsent Til

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 18. Davit Volkov, 27. Jarl Marqarita

Bənzər xəbərlər