featured-image-68500

Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “İmişli”nin qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu dəqiqədə Roberto Olabe vurub.

Qeyd edək ki, ötən gün “Karvan-Yevlax” və “Qəbələ” komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib – 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Bənzər xəbərlər