"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un yoxlama oyununda qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Qərb klubu iyulun 29-da Təbrizin “Traktor” klubu ilə qarşılaşacaq.
Son mövsümdə İran Pro Liqasının çempionu olan “Traktor”la oyunun yeri və saatı barədə əlavə məlumat veriləcək.