“Turan Tovuz”un 150-ci qolu
“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub.
Msport.az xəbər verir ki, bu, Premyer Liqanın XII turuna təsadüf edib.
“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub. Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.
Qeyd edək ki, debütü 2022/23 mövsümünə təsadüf edən “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.







