featured-image-42794

AFFA İntizam Komitəsi “Turan-Tovuz-2” komandasının futbolçusu Budaq Nəsirov və qapıçısı Elxan Qasımovu sərt cəzalandırıb.

Msport.az xəbər verir ki, buna oyunçuların Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb olub.

Komanda yoldaşlarını vuran futbolçular birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Tovuz təmsilçisi isə buna görə 600 manat cərimələnib.

Bənzər xəbərlər