featured-image-81216

“Turan Tovuz”dan ayrılan Mark Mampassi Norveçdə çıxış edəcək.

Msport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Rusenborq”la 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

Moskva “Lokomotiv”nin üzvü olan futbolçu “Turan Tovuz”dan başqa icarə əsasında “Antalyaspor” və “Kortreyk”in də formasını geyinib.

Mampassi Tovuz klubunda 11 oyun keçirib.

Qeyd edək ki, Donetskdə anadan olan futbolçunun atası Konqodan, anası isə ukraynalıdır. O, “Lokomotiv”də olarkən rusiyalı kimi göstərilsə də, “Rusenborq”la müqavilə bağladıqdan sonra ukraynalı olduğunu bildirib.

Bənzər xəbərlər