featured-image-607

“Turan Tovuz” klubunun Müşahidə Şurasının iclası keçirilib.

Msport.az xəbər verir ki, müzakirələrdən sonra MŞ üzvü Əfqan Talıbovun baş məşqçi vəzifəsinə namizədliyi irəli sürülüb. Onun namizədliyi dəstəklənib və əsas komandaya baş məqçi təyin olunub. Talıbovla mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Rövşən Babayevi əvəzləyib. Babayev fəaliyyətini “Araz Naxçıvan” klubunda köməkçi məşqçi kimi davam etdirir.

Qeyd edək ki, birinci divizionda çıxış edən Tovuz təmsilçisi 17 xalla 13 komanda arasında 10-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər