"Turan" Tovuza qayıdır, Ayxan Abbasov keçmiş komandasına qarşı
Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” 5 aylıq fasilədən sonra doğma meydana qayıdacaq. Kurban Berdıyevin komandası “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda ötən mövsümün sonunda süni meydançasının təbii ot örtüyü ilə dəyişdirilməsi prosesi yekunlaşıb. “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov buna qədər “Turan Tovuz”da işlədiyindən oyunun prinsipial keçəcəyi heç kimdə şübhə doğurmur.
Günün digər oyununda “Sumqayıt” və “Araz-Naxçıvan” üz-üzə gələcəklər.
Qeyd edək ki, 10-cu turun son görüşündə “Qəbələ” “Sabah”ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.
2 noyabr (bazar)
Azərbaycan Premyer Liqası, 10-cu tur
16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
3 noyabr (bazar ertəsi)
19:30. “Sabah” – “Qəbələ”
1 noyabr (şənbə)
“Neftçi” – “Kəpəz” – 5:1
“Karvan-Yevlax” – “Zirə” – 2:3







