featured-image-51779

Türkiyənin “Erzurumspor” klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu heyətinə qatmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə yerli “Sports Digitale” məlumat yayıb.

I Liqa təmsilçisi İsveçrənin “Qrasshopper” klubuna məxsus olan 25 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir. Artıq tərəflər arasında danışıqlar da başlayıb.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında “Hatayspor”un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bənzər xəbərlər