featured-image-50896

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubu ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Şeydayevin “Neftçi” yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümün ikinci yarısından “Kocaelispor”da çıxış edirdi.

Bənzər xəbərlər