Türkiyədən darmadağın, Gürcüstan məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonasında daha 5 oyun keçirilib. Msport.az xəbər verir ki, E qrupunda mübarizə Türkiyə millisi səfərdə Bolqarıstanla qarşılaşıb.
“Ay-ulduzlular” Sofiyada Bolqarıstanı darmadağın edib – 6:1. Qonaqların heyətində “Yuventus”un futbolçusu Kenan Yıldız dubl edib.
Qrupun digər oyununda İspaniya Elçe şəhərində Gürcüstanı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
F qrupunda mübarizə aparan Portuqaliya İrlandiyanın müqavimətini yalnız 90+1-ci dəqiqə vurulan qolla qırıb. Ruben Neveşin qolu Portuqaliyaya qələbə gətirib – 1:0. 75-ci dəqiqədə Kriştianu Ronaldo penaltini dəqiq yerinə yetirə bilməyib.
I qrupunda İtaliya səfərdə Estoniya ilə üz-üzə gəlib. “Skuadra Adzura” matçdan 3:1 hesablı qələbə ilə dönüb.
K qrupunda Serbiya – Albaniya matçı böyük maraqla gözlənilirdi. Prinsipial rəqiblərin oyununda qonaqlar sevinən tərəf olub. Rey Manajın 45+1-ci dəqiqədə vurduğu qol Albaniyaya qələbə gətirib – 1:0.
DÇ-2026-nın seçmə mərhələsi
11 oktyabr
E qrupu
Bolqarıstan – Türkiyə 1:6
Qollar: Kirilov, 13 – A.Gülər, 11. Popov, 49-öz qapısına. K.Yıldız, 51; 56. Z.Çelik, 65. İ.C.Kahveci, 90+3.
İspaniya – Gürcüstan 2:0
Qollar: Pino, 24. Oyarsabal, 64.
Xal: İspaniya – 9. Türkiyə – 6. Gürcüstan – 3. Bolqarıstan – 0.
F qrupu
Macarıstan – Ermənistan 2:0
Qollar: Lukaçs, 56. Qruber, 90+4.
Portuqaliya – İrlandiya 1:0
Qol: R.Neves, 90+1.
Xal: Portuqaliya – 9. Macarıstan – 4. Ermənistan – 3. İrlandiya – 1.
I qrupu
Norveç – İsrail 5:0
Qollar: Xalaili, 18-öz qapısına. Haland, 27; 63; 72. Naxmias, 28-öz qapısına.
Estoniya – İtaliya 1:3
Qollar: Sappinen, 76 – M.Kin, 4. Reteqi, 38. Espozito, 74.
Xal: Norveç – 18. İtaliya – 12. İsrail – 9. Estoniya – 3. Moldova – 0.
K qrupu
Latviya – Andorra 2:2
Qollar: Zelenkov, 41. Qutkoviç, 55-pen – San Nikolas, 33. İ.Oliveyra, 78.
Serbiya – Albaniya 0:1
Qol: Manay, 45+1.
Xal: İngiltərə – 15. Albaniya – 11. Serbiya – 7. Latviya – 5. Andorra – 1.