featured-image-668

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avro-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda A qrupunda sonuncu yeri tutan Estoniyanı qəbul edib. Matç yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı oyunda dubl edib. Digər qolun müəllifi isə “Sabah”ın futbolçusu Abdullah Xaybulayev olub.

Avro-2023-ün seçmə mərhələsi

19:00. Azərbaycan – Estoniya – 3:0
Qollar: 
Musa Qurbanlı, 44, 66, Abdullah Xaybulayev, 88
Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. “Kapital Bank Arena”.

 

Bənzər xəbərlər