U-21 millimiz növbəti matçına çıxır
Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Msport.az xəbər verir ki, yığma səfərdə Lüksemburqdan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
F qrupunun digər matçında Ukrayna Serbiyanı, Şimali İrlandiya İngiltərəni qəbul edəcək.
Qeyd edək ki, 6 oyuna 3 xal toplayan U-21 hələlik sonuncu – altıncı pillədə qərarlaşıb. Ukrayna (6 oyun) 18 xalla liderdir. Eyni xala malik İngiltərə (7 oyun) ikinci, Serbiya (7 oyun) 10 xalla üçüncü, Şimali İrlandiya (6 oyun) 6 xalla dördüncü, Lüksemburq (8 oyun) 4 xalla beşincidir.