U-21 millimiz Şimali İrlandiya səfərində
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.
Msport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə üz-üzə gələcək.
Qarşılaşma Ballimena şəhərində yerləşən “Şouqraunds” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyunu Farer adalarından olan Heini Ziskason Vidoy idarə edəcək.
Qeyd edək ki, F qrupunda 9 matç keçirən komandalardan Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikinci, Serbiya 13 xalla üçüncü, Lüksemburq 7 xalla dördüncü sıradadır.
8 qarşılaşmada 7 xal toplayan Şimali İrlandiya 5-ci, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu pillədə qərarlaşıb.