featured-image-54198

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Msport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Serbiya seçməsi ilə üz-üzə gəlib.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.  Matçın 47-ci dəqiqəsində Nəriman Axundzadə penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, U-21 3 gün öndə səfərdə lüksemburqlu həmyaşıdlarına da 0:2 hesabı ilə uduzmuşdu.

10 sentyabr

19:00. Azərbaycan (U-21) – Serbiya (U-21) – 0:2

Qollar: Vikaşin Curceviç, 26, Yovan Miyatoviç, 40

Hakimlər: Bastien Dechepy, Alexis Auger, Brice Parinet Le Tellier, Florent Batta (Fransa)

“Dalğa Arena”

N Komandalar O Q H M T-F X
1 Ukrayna 7 7 0 0 17-3 21
2 İngiltərə 8 6 1 1 32-5 19
3 Serbiya 9 4 1 4 12-18 13
4 Lüksemburq 9 2 1 6 6-23 7
5 Şimali İrlandiya 7 2 1 4 4-8 7
6 Azərbaycan 8 1 0 7 4-18 3

Bənzər xəbərlər