featured-image-49319

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi daha bir yoldaşlıq matçına çıxacaq.

Msport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.

“Liv Bona Dea Arena”da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, komanda iyunun 7-də Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər