featured-image-44934

AFFA İntizam Komitəsininn növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara görə hüquqi qiymət verilib.

Azərbaycan Premyer Liqasında XXVI turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Azərbaycan Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

Azərbaycan Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

Azərbaycan Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 3000 manat cərimə edilir (maddə 43.3);

Bənzər xəbərlər