featured-image-872

UEFA Konfrans Liqasındakı iştiraka görə, “Qarabağ” klubuna növbəti dəfə maliyyə vəsaiti ayrıb.

Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi turnirin play-off mərhələsində çıxış etdiyi üçün qitə futbol qurumundan 300 000 avro (əlavə bonus) alıb.

Vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Fransa “Marsel”inə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırıb.

Bənzər xəbərlər