featured-image-52281

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

Msport.az xəbər verir ki, buna avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarının son gününün nəticələri səbəb olub.

Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. Azərbaycan 24-cü sırada qalıb.

Hazırda xal hesabımız 18,500-ə yüksəlib. Buna “Zirə”nin “Osiyek”lə səfərdəki heç-heçəsi (1:1) səbəb olub. Bakı klubu ölkəmizə 0,125 xal gətirib. Digər təmsilçimiz “Sabah” “Sent Patriks”ə 0:1 hesabı ilə uduzub.

Bu heç-heçə Azərbaycanı 2 pillə geriləməkdən saxlayıb. Əgər “Zirə” xal qazanmasaydı, hazırda ölkəmizdən 0,125 xal geri olan İsveç və Bolqarıstan Azərbaycanı keçəcəkdi.

Cari mövsümün qazancı 1,750-yə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 0,875, “Qarabağ” 0,500, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

Bənzər xəbərlər