featured-image-51954

Klubların yeni UEFA reytinqi bəlli olub.

Msport.az xəbər verir ki, Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. 31,500 xala malik Qurban Qurbanovun yetirmələri 54-56-cı yerləri bölüşür. “Yanq Boyz”la “Ferensvaroş”un da eyni xalı var.

“Neftçi” 8,000 xalla 162-ci yerin şərikləri arasındadır. “Sabah”la “Sumqayıt” 4,000 xalla 294-cü yeri bölüşən klublar sırasında yer alıb.

“Zirə”, “Qəbələ” və “Şamaxı”nın 3,675 xalı var. Təmsilçilərimiz 314-cü yerə şərikdir.

Qeyd edək ki, siyahıya 129,000 xala malik “Mançester Siti” başçılıq edir.

Bənzər xəbərlər