UEFA reytinqi: “Qarabağ” Azərbaycanın əmsalını artırdı
Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.
Msport.az xəbər verir ki, bu, “Qarabağ”ın Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.
Ölkə hazırda 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. “Köhlən atlar”ın qələbəsi sayəsində Azərbaycanın hesabına daha 0,500 əmsal əlavə olunub. Sloveniya (22,718) 25-ci, Slovakiya (20.500) 27-ci yerdədir.
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.







