UEFA reytinqi: "Qarabağ" uduzdu, Azərbaycan gerilədi
Avrokuboklarda həftənin oyunlarından sonra ölkələrin yeni UEFA reytinqi bəlli olub.
Msprot.az xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqasının VI turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) Azərbaycanın geriləməsinə səbəb olub.
Ölkə 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb.
Ötən gün bu turnirdə “Ludoqorets”in Niderlandın AZ komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci sıradadır.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir.