UEFA reytinqi: Rusiyaya yaxınlaşdıq
Ölkələrin UEFA reytinqi yenilənib.
Msport.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”u 5:0 hesabı ilə məğlub etməklə Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb.
Bununla cari mövsümdəki xal 1,250-yə, son beş mövsümdəki xal isə 18,000-ə çatıb. 24-cü pillədəki mövqeyini qoruyan Azərbaycan özündən irəlidəki Rusiyaya daha da yaxınlaşıb. Hazırda şimal qonşularımızdan cəmi 0,299 xal geri qalırıq.
Dünən keçirilən oyunların ardından Kipr, Farer adaları, Estoniya və Monteneqro irəliləyib, Bolqarıstan, Finlandiya, Latviya, Şimali İrlandiya və Şimali Makedoniya isə geriləyiblər.
Qeyd edək ki, UEFA reytinqinə 89,160 xalla İngiltərə başçılıq edir.