featured-image-36007

UEFA Serbiyanın “Partizan” klubunu cəzalandırıb.

Msport.az xəbər verir ki, buna Belqrad təmsilçisinin azarkeşlərinin “Sabah”la evdə keçirilmiş Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundakı davranışları səbəb olub.

Bakı klubunun əleyhinə irqçi şüarlar səsləndirən və tribunadakı keçidləri bağlayan fanatlar doğma komandalarını ümumilikdə 70 min avro ziyana salıblar.

Bundan başqa, klubun avrokuboklardakı növbəti ev oyunu zamanı tribunaların bir qisminə azarkeş buraxılmayacaq.

Qeyd edək ki, “Sabah” III təsnifat mərhələsində “Partizan”a uduzaraq Konfrans Liqası ilə vidalaşıb.

Bənzər xəbərlər