UEFA "Sumqayıt"ı cərimələdi
UEFA “Sumqayıt” klubunu cərimələyib.
Msport.az-ın məlumatına görə, buna komandanın evdə Macarıstanın “Fehervar” kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.
“Gənclik şəhəri” təmsilçisi 5 250 avro ziyana düşüb.
Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.
Qeyd edək ki, görüş “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub. (Report.az)