"Ukrayna aşkar favoritdir və Bakıdakı oyunun revanşını almalıdır" - Roman Qriqorçuk
Ölkəmizdə “Qəbələ” və “Neftçi”də işləmiş Roman Qriqorçuk bu gün DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna-Azərbaycan oyununu dəyərləndirib.
Msport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində Ukraynanın bu matçda qalib gəlməli olduğunu deyib.
-Analitiklər, mütəxəssislər, bukmekerlər və sıravi azarkeşlər birmənalı olaqar, Ukraynanı favorit göstərirlər. Gözlənti çox deyilmi?
-Məncə, Ukrayna aşkar favortdir və Bakıdakı heç-heçəyə (1:1) görə, revanş almalıdır. İnaıram ki, uşaqlar 3 xal qazanıb 2-ci yerdə möhkəmlənə biləcəklər və biz gələcəyə ümidlə baxacağıq.
-Bu inam hardandır? Düzdür, səfərdə İslandiya üzərində 5:3 hesablı qələbə qeydə alındı. Orda da 3 qol cərimə meydançası xaricindən vuruldu. İslandiyanın qapısını Donarumma və ya Kurtua qorusaydı, bu topların qapıya getməsinə əmin olmayacaqdıq.
-Mənim inamlı danışmağımın səbəbi odur ki, Ukrayna millisinin futbolçularının ustalıq səviyyəsi azərbaycanlı oyunçulardan yüksəkdir. Ukraynalıların əksəriyyəti Avropanın nüfuzlu klublarında çıxış edirlər. Həm də İslandiya ilə matçda göründü ki, hər bir futbolçu qələbə uğurunda mübarizə aparırdı, onun vacibliyini dərk edirdilər. Yanaşma sentyabrdakı oyunlardan tamamilə fərqli idi.
-Siz Azərbaycanda işləmisiz, yerli futbolun “mətbəxi”ni yaxşı bilirsiz. Pul məsələsində orda hər şey normaldır, infrastruktur da var, Avropada çıxış edən “Qarabağ” indi hamının diqqət mərkəzindədir. Bəs niyə milli komanda bir ildən çoxdur qələbə qazana bilmir?
-Əgər biz ümumi götürsək, Azərbaycan yığmasının futbolçuları çox yaxşı səviyyədədirlər, texnikalı uşaqlardır. Amma onlar anlamadığım tərzdə futbol oynayırlar, bəlkə də məşqçinin tapşırığı belədir. Onlar fərqli oynamalıdırlar: daha kreativ olmalıdırlar. Öz qapılarında oturmaqdansa, daha çox hücumameyilli çıxış etməlidirlər. Amma baxdığım son oyunlarda daha çox müdafiədə otururdular. Azərbaycanın yetərincə səviyyəli hücumçusu “Kayzerslautern”də forma geyinən Emreli var. Təkcə o, yox. Onlar üstünlüyü rəqibə verirlər və çox geridən oynayırlar, Mənə aydın deyil, niyə belə olur? Mən Azərbaycan millisinin baş məşqçisini tənqid etmirəm, sadəcə kənardan nə görünür, onu deyirəm. Sanki belə təəssürat yaranır ki, futbolçular oyundan həzz almırlar. Ümid edək ki, Ukrayna ilə görüşdə də müdafidə fransızlarla matçda olduğu kimi çıxış edərlər.
-Ukrayna üçün hətta heç-heçə də son olmayacaq. Qrupdan çıxmaq şansları qalacaq. Amma Azərbaycan üçün həyati əhəmiyyətli oyundur. Onların itirələsi elə də çox şeyi yoxdur, belə rəqib isə daha təhlükəli olur.
-Təbii ki, onlar bunu başa düşürlər. Sadəcə qələbə qazanmaq üçün lazım olan oyunu qura biləcəklərmi? Əmin deyiləm. Fikrimcə, Ukrayna bu görüşdə total üstünlüyə malik olmalıdır. Rəqibə böyük təzyiq göstərmək, aqressiv oynamaq lazımdılr. Çoxlu qol vəziyyətləri və yaxşı realizatsiya lazm gələcək. Biz düşünməli deyilik ki, rəqib necə oynayacaq. Öz oyunumuzu qurmalıyıq. Ukrayna güclüdür və qalib gəlməlidir, lakin onlar yaxşı müqavimət göstərməyə qadirdirlər.
-Emrelidən başqa azərbaycanlı futbolçulardan kimlərdən təhlükə gözləməyə dəyər?
-“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov keyfiyyətli futbolçudur. Bakı klubunun bir neçə oyunçusu da var ki, onların da ustalıq səviyyəsi yaxşıdır. “Qarabağ”ın futbolçularını da unutmaq olmaz, onlar millidə üstünlük təşkil edirlər. Bizdə çox adama elə gəlir ki, Azərbaycan çempionatı zəifdir və səviyyə aşağıdır. İnanın ki, bu səhvdir. Kifayət qədər yaxşı liqadır.
-Ukrayna yığmasının heyətində iki hücumçu var. İslandiyada startda Vanat çıxmışdı, sonradan Dovbik onu əvəzlədi. Azərbaycanla oyunda heyətdə dəyişiklik gözləməyə dəyərmi?
-Böyük ehtimalla Ukrayna hücum futbolu nümayiş etdirəcək. Ona görə də heyətdə dəyişikliklər mümkündür. Belə bir taktikada Dovbik irəlidə çox yaxşı görünəcək, xüsusən də hava toplarında. Lakin Vanat da indi yaxşı formadadır. Çempionatı və klubu dəyişsə də, yenə də oynayır və qollarını vurur.