featured-image-9247

“Fənərbaxça” klubunun prezidenti Ali Koç Kiyev “Dinamo”su ilə Çempionlar Liqası matçında (1:2) baş verənlərə dair açıqlama verib.

Msport.az xəbər verir ki, Ukrayna klubu 2-ci qolu vurduqdan sonra “Fənər” azarkeşləri stadionda “Putin, Putin” qışqırmışdılar.

İstanbul klubunun rəhbəri Ukraynadan üzr istəməyəcəklərini bildirib: “Ukraynadan üzr istəməyəcəyik. Səbəbini də izah edəcəm. Ukrayna səfirinin çox danışmasından sonra o bizdən üzr istəməlidir”.

Xatırladaq ki, Kiyev “Dinamo”su “Fənər” üzərində qələbədən sonra Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanəb.

Bənzər xəbərlər