featured-image-55571
Azərbaycan milli komandasıın heyətində dəyişiklik edilib. Msport.az xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov “Sabah”ın heyətində “Araz Naxçıvan”la oyunda zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Bənzər xəbərlər