featured-image-857

“Volerenqa” klubunun idman direktoru Yorgen İngebriqtsen “Qarabağ”ın futbolçusu İbrahima Vadjini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Msport.az xəbər verir ki,  klub rəsmisi yerli mətbuata müsahibəsində seneqallı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib.

O, ötən yay belə bir fikirlərinin olduğunu bildirsə də, hazırda ön xətt oyunçusu almaq istəmədiklərini vurğulayıb.

Vadji “Qarabağ”a cari mövsümün əvvəlində Norveçin “Haugesund” komandasından keçib. 27 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər