Van Qal üçün əlamətdar oyun
Niderland yığması DÇ-2022-nin qrup mərhələsindəki ikinci matçında Ekvadorla heç-heçə (1:1) etdi.
Msport.az xəbər verir ki, bu oyun niderlandlıların baş məşqçisi Lui van Qal üçün əlamətdar olub.
71 yaşlı mütəxəssis İtaliya yığmasının keçmiş baş məşqçisi Vittorio Pozzonun rekordunu təkrarlayıb.
Dünya çempionatları tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pozzonun göstəricisinə şərik çıxıb. O, bu görüşlərdə 6 dəfə qələbəyə sevinib, 3 dəfə “sülh”ə razılaşıb.
Pozzo 1934-1938-ci illər ərzində İtaliya yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.