featured-image-70812

“Neftçi”nin transfer etdiyi kamerunlu hücumçu Vensan Abubakar Bakıya gəlib.

Msport.az xəbər verir ki, məşhur futbolçunu gətirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

“Neftçi”nin azarkeşləri Vensan Abubakarı qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına toplaşıblar.

“Neftçi” ötən gün yeni transferini açıqlayıb. Paytaxt təmsilçisi 33 yaşlı Vensan Abubakarla müqavilə imzalayıb.

Qeyd edək ki, “Portu” (Portuqaliya), “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı), “Beşiktaş” (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri qardaş ölkənin digər təmsilçisi “Hatayspor” olub.

Bənzər xəbərlər