featured-image-73146

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub qış fasiləsində heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis yanvarda bir neçə transferlə komandanın gücləndirilməsini istəyir.

Vernidub, xüsusən də, həmyerlilərinə maraq göstərir. Onun siyahısında olan ilk futbolçu da artıq bəllidir. Belə ki, Vernidub “Polesye”nin mərkəz müdafiəçisi Daniil Beskorovaynıya maraq göstərir.

“Polesye” rəhbərliyi zədə səbəbindən cari mövsüm cəmi 4 oyunda iştirak edən 26 yaşlı ucaboy oyunçunun transferi üçün təklifləri dəyərləndirməyə hazırdır. Beskorovaynı isə karyerasının ən parlaq dönəmini “Krivbass”da məhz Yuri Vernidubun rəhbərliyi altında keçirib. Ukraynalı baş məşqçi həmyerlisinin müdafiənin mərkəzində İqor Ribeyro ilə tandem təşkil etməsini planlaşdırır.

Qeyd edək ki, Daniil Beskorovaynının “Polesye” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər