featured-image-82261

Niderland milllisinin sabiq üzvü Jorjinyo Veynaldumun yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubu ilə müqavilə bağlayıb.

Veynaldum 2023-cü ildən bu ölkənin digər komandası – “Əl İttifaq”ın şərəfini qoruyurdu.

O, əvəllər “Roma”, PSJ, “Liverpul”, “Nyukasl”, PSV və “Feyenoord” kimi klublarda çıxış edib.

Veynaldum 2014-cü ildə Niderland millisinin heyətində dünya çempionatının bürünc medalını qazanıb.

 

 

Bənzər xəbərlər