featured-image-49456

“Zirə” klubu yeni transferini açıqlayıb.

Msport.az-ın məlumatına görə, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Davit Volkovla anlaşıb.

Forvardla ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 – 2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinaamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Bənzər xəbərlər