featured-image-18055

Futbol üzrə Yaponiya yığması dünya çempionatları tarixində yeni antirekord müəyyənləşdirib.

Msport.az xəbər verir ki, Asiya təmsilçisi Qətərdə keçirilən mundialda qrup mərhələsinin sonuncu turunda İspaniya ilə matçda 18 faiz topa sahib olub.

Bu turnirlər ərzində qalib gələn komanda üçün antirekorddur.

Əvəzində ispaniyalı Rodri bu qarşılaşmada çempionatlar tarixinin rekorduna imza atıb. 26 yaşlı yarımmüdafiəçinin görüşdəki 215 ötürməsinin 204-ü dəqiq alınıb.

Xatırladaq ki, İspaniyanı 2:1 hesabı ilə üstələyən Yaponiya yığması 1/8 finalda Xorvatiyaya, “buğalar” isə Mərakeşə rəqib olub.

Bənzər xəbərlər