Yarımmüdafiəçi "Neftçi"dən ayrılır? - açıqlama
Rusiyalı futbolçu Reziuan Mirzov mövsümün sonunda “Neftçi”dən ayrıla bilər.
Msport.az xəbər verir ki, yarımmüdafiəçinin agenti Aleksandr Klyuev “Match TV”yə açıqlamasında oyunçunun durumu haqqında danışıb.
O, Azərbaycan Premyer Liqasında son iki qarşılaşdan sonra Mirzovla bağlı qərar veriləcəyini vurğulayıb: “Bəli, Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdur”.
Qeyd edək ki, Reziuan Mirzov “Neftçi”yə mövsümün əvvəlində “Ximki”dən keçib. 30 yaşlı futbolçu komandada 24 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.