featured-image-57850

“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransanın “Leprogres” nəşrinə müsahibə verib.

Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Avropa Liqasında Fransanın “Lion” klubuna qarşı keçirəcəkləri matçla bağlı danışıb.

O, sabiq komandasını daim izlədiyini söyləyib: “Lion”a ən yaxşısını arzulayıram. Amma cümə axşamı yox”.

Benzia Azərbaycan çempionunun Avropada böyük klublara qarşı mübarizə apardığını vurğulayıb:

“Liqa mərhələsinin püşkatması zamanı televizor qarşısında idim və bizə Fransa təmsilçisinin rəqib olmasını istəyirdim. “Lion”la qarşılaşmaq isə yaxşı oldu. Mən futbolçular Korenten Tolisso, Aleksandr Lyakazett, stüard Jerom Renaud, fizioterapevt Abdel Redissini görəcəyəm”.

Yassin Benzia 2011-2015-ci illər aralığında “Lion”un formasını geyinib. Bu, əlcəzairli futbolçunun peşəkar karyerasında ilk komandası olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” oyunu saat 21:45-də start götürəcək.

Bənzər xəbərlər