featured-image-44771

 

“Kəpəz”lə oyunumuz çətin oldu. Üç dəfə hesabda geri düşdük və çalışdıq ki, geridönüş edək”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasının XXVI turunun “Kəpəz”lə oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Oyunçularımıza təşəkkür edirəm. Yaxşı oynadıq, birinci 45 dəqiqədə nəzarət bizdə idi. Fasilədən sonra yenə qol buraxdıq. Yaxşı ki, məğlub olmadıq. Komandamız sonadək xarakter göstərdi”.

Bojoviç hakimin rəqibə qırmızı vərəqə verməməyindən də şikayətlənib: “Hansı epizodda qırmızı vərəqə verirlər? Emin Mahmudovun ayağının qırmaqlarına az qalmışdı. “Qarabağ”la matçda da belə olmuşdu”.

Bojoviç “Kəpəz”in tez-tez stadion dəyişməsindən də narazılıq bildirib: “Bizi Tovuzda oynamağa məcbur etdilər. Son 14 gündə Tovuza 2 dəfə səfər etmişik. Bildiyimə görə, “Kəpəz” bundan sonra Sumqayıtda oynayacaq. Ancaq bizi Tovuzda oynamağa məcbur edirlər. Belə olması düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 stadionda oynayır”.

Baş məşqçi Emin Mahmudovun durumuna da toxunub: “Emin çox ciddi zədə alıb. Müayinələrdən sonra dəqiq durumunu biləcəyik. Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə göstərirlər”.

Qeyd edək ki, Tovuzdakı “Kəpəz” – “Neftçi” matçı 3:3 hesabı ilə başa çatıb.

 

Bənzər xəbərlər